Rəşad Dağlının oğlu etiraz etdi: "Atamla bağlı hər hansı addımın atılmasını istəmirik"
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov üzərində atasının fotosu həkk edilən köynəklərin satışına etiraz edib.
Meyxanaçının oğlu bu haqda İnstaqram hesabında video paylaşaraq məlumat verib.
"Atamı sevənlərə, dəstək edənlərə, dua edənlərə çox minnətdaram. Atamla bağlı hər hansı addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə çox pis təsir edir. Dua edin, bəsdir", - o qeyd edib.
Qeyd edək ki, Rəşad Dağlı 14 bıçaq zərbəsi ilə qonşusu İsgəndər Mehdiyevi qətlə yetirib.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: