SON DƏQİQƏ: Türkiyəyə raket zərbələri endirildi
Qaziantep valiliyi hücumda 2 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 6 nəfərin yaralandığını açıqlayıb.
***
Türkiyənin Qaziantep vilayətinin Karkamış qəsəbəsinə raket zərbələri endirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Raketlərdən bəzilərinin yaşayış məntəqələrinə düşdüyü bildirilir.
Ümumilikdə Türkiyə ərazisinə 4 raket zərbəsinin endirildiyi deyilir.
Məlumata görə, raketlər PKK/YPG terror təşkilatı tərəfindən Suriyadan atılıb. Yaralıların olduğu deyilir.
Araşdırma aparılır.
Qaziantep valisi hücumda 2 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 6 nəfərin yaralandığını açıqlayıb.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: