Türkiyəyə raket atıldı - Ölənlər var - YENİLƏNDİ
“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.
Globall.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir".
Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.
S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.
xxx
13:22
PKK terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb.
Bu barədə Türkiyə mediası məlumat verib.
Hadisə zamanı 2 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: