Qərbi Azərbaycanda çoxlu yaralı var: dərman çatmır
Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərində qan və dərman çatışmazlığı yaranıb.
Bu barədə İran insan haqları təşkilatları və sosial şəbəkə fəalları məlumat yayıb.
Məlumatda əyalətin Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr) və Bukan şəhərlərinin xəstəxanalarına çox sayda yaralı yerləşdirildiyi üçün serum, antibiotik və sarğı ləvazimatları qıtlığı yarandığı bildirilir.
Qeyd edək ki, son 34 gündə hökumət qüvvələrinin adı çəkilən şəhərlərdə etirazçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: