İran-İsrail müharibəsi başladı - İlk zərbə endirildİ
Dünən Dəməşqdə İsrail xüsusi xidmət orqanları SEPAH Hərbi Hava Qüvvələrinin zabiti Davud Cəfərini məhv edib.
SEPAH bu barədə bu gün səhər saatlarında məlumat yayıb. SEPAH-ın açıqlamasında İsrail tərəfinin bu addımının cavabsız qalmayacağı bildirilib.
İsrail mətbuatının yaydığı xəbərə görə, bu səhər Qüdsdə iki terror aktı həyata keçirilib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
İran tərəfindən maliyyələşdirilən Fələstinin "İslam cihadı" terror təşkilatının sözçüsü Davud Şihab bu “qəhrəmanlıq hərəkəti”ni alqışlayıb. O, bu addımın “düşmən İsrail üçün siqnal” məqsədi daşıdığını bildirib.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: