Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb. Globall.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib. Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.
Oxunub: 180
Xəbəri paylaş
Paylaş: