Bu görüntülər sosial şəbəkələrdə BÖYÜK ƏKS-SƏDA DOĞURDU - Qorxunc əlin sirri...
Braziliyada çimərlikdə gəzən cütlüyün tapdığı müəmmalı əl sosial mediada səs-küyə səbəb olub. Əlin qorxulu görüntüsü ilə bağlı onlarla nəzəriyyə irəli sürülərkən, mütəxəssislər sözügedən əlin delfinə və ya balinaya aid olduğunu bildiriblər.
Mövzu ilə bağlı danışan başqa bir mütəxəssis isə belə qalıqların tapılmasının olduqca normal olduğunu bildirib.
Cetecan və ya cetaceans, delfinləri və balinaları əhatə edən su məməlilərinin bir alt dəstəsidir. Mütəxəssislərin fikrincə, bu əli olan məxluq təxminən 18 ay əvvəl ölüb.
Bu əl canavar və ya yadplanetlilərə məxsus kimi görünsə də, əslində bu canlıların mənşəyi 50 milyon il əvvələ gedib çıxır.
Balina və ya delfinin üzgəcləri arasında 5 və ya 6 barmağa bənzər uzantıları var.
Əlini araşdıran mütəxəssislər sümüklərin böyük ehtimalla delfinə aid olduğunu bildiriblər. Eyni zamanda qeyd olunub ki, çimərlikdə hər hansı qalıq tapan şəxs dərhal aidiyyəti qurumlara məlumat verməlidir.