Ağacların kəsilərək yerində kafe tikilməsi iddiasına nazirlikdən
REAKSİYA
Xətai rayonu, Sarayevo küçəsində obyekt tikdirmək üçün ərazidə bir neçə ağacın kəsildiyinə dair məlumat təkzib edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov açıqlamasında bildirib ki, tikinti üçün ayrılmış sözügedən ərazidə ağac kəsintisi faktı qeydə alınmayıb: “Xətai rayonu, Sarayevo küçəsi, 7 saylı binanın yaxınlığındakı ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib, aerokosmik görüntülər əsasında dəqiqləşdirmələr aparılıb və sözügedən ərazidə ağacların kəsilmədiyi müəyyən edilib”.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: