Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Dram Teatrın yeni baş rejissoru kollektivə təqdim olundu
  • Dram Teatrın yeni baş rejissoru kollektivə təqdim olundu
  • Xalq artistindən ETİRAZ:  “Azərbaycan teatrları reanimasiyadadır” 
  • Bu gün Şuşada Xarıbülbül müsiqi festivalı başlayır
  • Şuşa teatrı 73 ildən sonra doğma evində tamaşa nümayiş etdirəcək
  • Cahangir Novruzov: “Məni Türkiyənin ən güclü teatr məktəbini quran şəxs kimi tanıyırlar” - MÜSAHİBƏ

    • Tarix: 1-12-2022, 14:49


    Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak etmək üçün Bakıda səfərdədir.

    Xalq artistinin “Report”a müsahibəsini təqdim edirik:

    - Cahangir müəllim, necəsiniz? Kefiniz, səhhətiniz necədir?

    - Təşəkkür edirəm, hər şey qaydasındadır.

    - Vətənə“4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak üçün gəlmisiniz...

    - Bəli, “4.4 Qısa Tamaşalar Festivalı”na dəvət almışam və bununla əlaqədar Bakıdayam. Çox sevinirəm ki, Azərbaycanda bu cür festivallar keçirilir. Münsiflər heyətinin tərkibindəyəm və yaxşı ki, gəlmişəm. Çünki uzun müddətdən sonra Azərbaycan teatrı barədə fikir sahibi olmaq lazım idi. Bu baxımdan xüsusən də teatrla bağlı Azərbaycana səfərim mənim üçün çox yararlı oldu. Həm səviyyəni gördüm, hansı ki, səviyyə daha yaxşı ola bilərdi. Eyni zamanda ümidləndim. Teatr Azərbaycanda nə qədər zəifləmiş olsa da, yaşamaq həvəsindədir və yaşam simptomlarını göstərir. Teatrımız xəstə idi, lakin artıq sağalır. Ölüm bədəndə hüceyrələrin azalması, qırılması, ölməsi və sonuna qədər insanın yaşam funksiyalarının itirilməsidir. Amma mən bu gün burada yeni hüceyrələrin əmələ gəldiyini gördüm. Gəncə Kukla Teatrının Zülfiyyə adında bir aktrisası məni yaxşı mənada təəccübləndirməyi bacardı. Səhnədəki sonsuz səmimiyyəti, özgüvəni ilə Azərbaycan qadınının simvolu kimi tamaşada özünü göstərməyi bacardı. Düzdür, tamaşa daha yaxşı ola bilərdi, amma mən Zülfiyyəni bu tamaşada kəşf etdim. Buradan Azərbaycan kinematoqrafiyasına Zülfiyyə Əliyevanın simasını dəyərləndirməyi tövsiyə edirəm. Bu gün Azərbaycanda çəkilməsi vacib olan 44 günlük Vətən müharibəsi ilə əlaqədar vətən mövzulu filmlərə bəhs etdiyim aktrisanın siması çox uyğundur. Mən onun səhnədə etdiklərinə və dediklərinə inandım. Bu isə çox önəmli məqamdır.

    - Hazırda hansı tamaşalar üzərində çalışırsınız?

    - Mənim işim daha çox tədris üzərində qurulub. Ötən il universitetin dördüncü kurslarının tamaşasını hazırladım, bu il də həmçinin. Kürəkənim İKT ilə maraqlanan insandır və bu sahədə işləyir. Mənim üçün diplom tamaşasının videosunu montaj etdi və “YouTube”da yerləşdirdi. Keçən il Turqut Özakmanın “Duvarların ötesi” tamaşasını dördüncü kursun məzuniyyət tamaşası olaraq tələbələrimlə hazırladım. Hansı ki, onlar pandemiya dövrünün məzunları idilər. Pandemiya dövründə onlayn formatda Azərbaycan və Türkiyədən bir sıra universitetlərin dekanları ilə görüş keçirdik və bu şəraitdə sənət tədrisinin necə olacağı barədə müzakirələr apardıq. Lakin bu cür vəziyyətdə aktyorluq sənətini praktiki şəkildə icra etmək mümkün deyil. Təklif etdim ki, sənətin keyfiyyətini yüksək tutmaq istəyirsinizsə və incəsənət də qurban tələb edirsə, mən o qurbanlardan olmağa hazıram. Bildirdim ki, universitet şərait yaratsın və nə qədər müddət lazımdırsa, mən orada tələbələrimə dərslərimi keçim. Öz evimlə onlayn formatda əlaqə yaradaram, amma tədrisə normal şəkildə davam edim. Lakin razılıq olmadı.

    Mən bir qədər çılğın adamam. Bütün qanunları heçə sayaraq tələbələri evimə dəvət etdim, eyni zamanda özüm də onların evinə qonaq getdim və tələbələrimlə normal tədrisə davam etdik. Çünki aktyor dayanmadan öz üzərində çalışmalıdır. Hazırladığımız tamaşa Konya şəhərində teatr məktəbləri festivalında ən yaxşı tamaşa kimi seçildi.

    - Azərbaycan teatrında vəziyyət necədir? Teatrımız bu gün öz paklığını qoruyub saxlaya bilibmi?

    - Azərbaycan teatrı bu gün nəinki paklığını, təəssüf ki, peşəkarlığını da saxlaya bilməyib. Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir.

    Bütün bunlara baxmayaraq, festivaldakı gənclərimiz məndə bir qədər ümid yaratdı. 

    - Ümumiyyətlə Azərbaycandakı yaradıcılıq məkanında durumu necə qiymətləndirirsiniz?

    - Yaradıcılıq azad anlayışdır. Bu gün Azərbaycanın ruhu, siyasəti həqiqətən yüksək səviyyədədir. Ancaq çevrədəki əyri aynalar o yüksək ruhu yaşamağa icazə vermir. Bir sıra sahələrdə əskikliklər tapılır, həbslər həyata keçirilir, kadr islahatları aparılır və yeni insanlar vəzifəyə təyin olunurlar. Yaxşı, necə olur ki, səndən bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi edirsən?! Bu, tərbiyəsizlikdir, həyasızlıqdır.

    - Sizi köhnə teletamaşalarımızdan daha çox tanıyıb sevmişik. İndi çoxları deyir ki, daha həmin teletamaşalardan çəkilmir. Sizcə, səbəbi nədir?

    - Qarabağ problemi başlamazdan bir qədər əvvəl, 1987-ci ilin dekabr ayında Mirzə Fətəli Axundzadənin 175 illik yubileyi ilə teatr festivalı keçirilirdi. Həmin festivalda “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası ilə birinci yeri qazandım. Ermənilər də bir tamaşa ilə festivalda iştirak edirdilər və açığı pis tamaşa deyildi. Onlar birinci yeri əldə etmək üçün əllərindən gələni edirdilər. Bu yerdə bir məsələ yadıma düşür…

    Çörçilin bir sözü var: “Biz Birinci dünya müharibəsində Osmanlını parçalamaq üçün hər şeyi etmişdik, ölkəni az qala parçalamışdıq. Amma biz Atatürk kimi bir fenomenin ortaya çıxacağını hesablamamışdıq. Hansı ki, o, bizim illərlə hazırladığımız planı sildi, yox etdi”. Yəqin ki, ermənilər də qarşılarında onlardan daha güclü tamaşa görəcəklərini hesablaya bilməmişdilər.

    - Azərbaycanda çalışmaq təklifi almısınız?

    - Zamanında iki dəfə olub, lakin imtina etmişəm. Çünki şərtlərim olub, hansı ki, o şərtlər də şəxsi istəklə bağlı yox, sənətlə bağlı idi. Mənim üçün peşəkar mühitin, şəraitin yaradılmasını tələb etmişəm. Azərbaycan teatrının ayağa qalxması üçün çox iş var. Ona görə də bu işi bilməyən adam mənə məsləhət verə bilməz. 

    - Ümumiyyətlə, Vətənə birdəfəlik dönməyi düşünürsünüzmü?

    - Mən Vətəndən çıxmamışam, mən Turan övladıyam. Oradakı uşaqlar da mənim övladlarımdır. Mən öz millətimə böyük sevgi ilə bağlıyam. Biz bir millət, iki dövlət deyirik. Hər iki ölkə Vətənimdir.

    - “Sözümün eşidilmədiyi yerdə sözümü yox, yerimi dəyişirəm” demisiniz. Bu gün sözünüz eşidilirmi?

    - Burada bilmirəm, amma Türkiyədə eşidirlər. Eşidirlər ki, orada teatr binası tikildi, təxminən bütün universitetlərdə təhsil kurikulumu mənə aiddir və sadalamadığım bir çox şeylər məni bu fikri rahatlıqla deməyə imkan verir.

    - Türkiyədə həmvətənlərimizlə yəqin ki tez-tez ünsiyyətdə olursunuz… Ən çox kiminlə görüşürsünüz?

    - Azərbaycan diasporu çoxşaxəlidir və çox maraqlı insanları var. Mənim sevdiyim, 26 ildir şəxsiyyətlərinə, əməklərinə dərin hörmət etdiyim insanlar var. Onlardan biri də Əməkdar rəssam, Rusiya Federasiyasının fəxri akademiki Teymur Rzayevdir. O həmin Teymur Rzayevdir ki, Əli bəy Hüseynzadənin iki il Stalinin əlindən qaçıb gizləndiyi evi tapıb. Əli bəy Hüseynzadənin əli ilə tikdiyi ilk Azərbaycan bayrağını Teymur tapıb Mədəniyyət Nazirliyinə təhvil verib. Xoyskinin övladlarını da o tapıb bizim Diasporla iş üzrə Dövlət Komitəsi ilə tanış edib. Bir digəri sevdiyim dostum, böyük qardaşım Əmirulla Məmmədovdur. O da çox böyük alim, 7 dil bilən poliqlot bir şəxsdir. Bir sözlə, ünsiyyətdə olduğum çox dəyərli soydaşlarımız var.

    - Orada olanda Bakıdan ən çox kiminlə zəngləşirsiniz?

    - Anam Nəsibə xanım rəhmətə gedənə qədər onunla zəngləşirdim (gözləri dolur). İndi isə, sadəcə uşaqlıq dostlarımla.

    - Sizcə, bu gün sizi daha çox necə tanıyırlar? Nəsibə Zeynalovanın oğlu, yoxsa Xalq artisti, teatr rejissoru Cahangir Novruzov kimi?

    - Düzü artıq bilmirəm ki, burada məni necə tanıyırlar. Lakin Türkiyədə Cahangir müəllim kimi tanınıram. Məni sevənlərə təşəkkür etməklə bərabər, eyni zamanda Azərbaycandan bir az incik düşmüşəm. Heç kim mənim haqqımda maraqlanmırdı, hamı məni Nəsibə Zeynalovanın oğlu kimi tanıyırdı. O adı üstümdən götürmək üçün Şəkiyə getdim. Yenə də “əşi anası kömək edir də” dedilər. Qalxdım Türkiyəyə getdim. Orada isə Nəsibə xanımı tanımırlar. Məni Türkiyədə Cahangir müəllim və Türkiyənin ən güclü teatr məktəbini quran şəxs kimi tanıyırlar.

    - Dolanışığınız, maddi durumunuz necədir?

    - Hər kəsdə necə, mən də elə. İqtisadi problemlərlə əlaqədar bir anda maaşımız elə vəziyyətə gəldi ki, sanki biz iki il ümumiyyətlə işləməmişik. Amma dövlət aylarla almadığımız məvacibi, yəni zərərimizi bizə ödədi.

    - Türkiyəyə getməyə peşman olmamısınız ki?

    - Mən etdiyim heç bir şeydən peşman deyiləm. Çünki addım atmazdan əvvəl kifayət qədər fikirləşirəm. Amma hesab edirəm ki, getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı. Potensialımı bura üçün xərcləyərdim. Türkiyə nə qədər böyük olsa da, Azərbaycanın sənət və intellektual potensialı hər zaman üstündür. Bizim bir kökümüz var və o köklərin qopmaması üçün mənim burada olmağım lazımdır.


    Oxunub: 529
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.