İran ordusu çəyirtkə işğalına qarşı -
Sərhəd gücləndirilir
IRNA xəbər verir ki, İran hökuməti bu məqsədlə ordunu çəyirtkələrlə qarşı mübarizəyə səfərbər etməyi planlaşdırır.
Bildirilir ki, çəyirtkə hücumları nəticəsində kənd təsərrüfatına 7,4 milyard dollar məbləğində ziyan dəyə bilər.
Ölkənin şərq və cənub-qərbindən İraqla sərhədə qədər həşəratların bu artan hücumunu aradan qaldırmaq üçün ordu bütün istiqamətlərdə hərəkətə keçməyə hazırdır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkilərin Qorunması Departamentinin sözçüsü Muhammad Reza Mir bildirib ki, ordu, çəyirtkələrlə mübarizə zamanı gedilməsi çətin olan ərazilərdə istifadə etmək üçün texnikalar verəcəyini vəd edib.
"Hərbi səylər son illərdə zərərverici probleminin həllində çox kömək olub" - deyə, departament rəsmisi bildirib.