Bakıda işçilərin pulları oğurlanıb
Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən beş nəfərin 1 000 manata yaxın pulu və mobil telefonları qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamalıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub: 158
Xəbəri paylaş
Paylaş: