Hazırda paytaxtda sıxlıq olan yolların
SİYAHI
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. “20 Yanvar” dairəsində; 7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 8. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində; 9. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində; 10. Babək prospekti, mərkəz istiqamətində; 11. Bakıxanov küçəsi, Dədə Qorqud parkı istiqamətində sıxlıq; 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. Zərifə Əliyeva küçəsində; 16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.