Azərbaycan millisi CAR yığmasına qalib gəldi
Növbəti addım gənclər tərəfindən böyük maraq göstərilən oyunlardan biri olan “Dota 2” istiqamətində olub.
1998-ci ildə əsası qoyulan və 2005-ci ildən ümumdünya kiber idman oyunlarına qatılan “Mind Sports South Africa” təşkilatı ilə birgə ölkələrin milli komandaları arasında hazırlıq matçı təşkil olunub.
Cənubi Afrika Respublikasının milli komandası üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanan "Dota-2" yığmamız bununla da dünya arenasına çıxmaq üçün tam hazır olduğunu sübut edib.
Yığmamızın kapitanı Azər Ağazadənin başçılığı ilə rəqibi ard-arda iki oyunda məğlub edən komandamız görüşlərin daxili hesabında da üstünlüyünü göstərib - 41:17.