Çin son 3 ayda ixrac olunan maskanın sayını açıqladı -
Fantastik rəqəm
Belə ki, ölkə martın 1-dən bəri 50,9 milyard ədəd qoruyucu maska, 216 milyon qoruyucu geyim, 81,03 milyon eynək, təxminən 1 milyard cüt əlcək ixrac edib. Eləcə də xarici ölkələrə 162 milyon test dəsti, 26,43 milyon ədəd infraqırmızı termometr, 71 min 700 süni tənəffüs aparatı göndərilib.
Pandemiya ilə mübarizədə istifadə üçün avadanlıq və ləvazimatların ixracı apreldən başlayaraq sürətlə çoxalıb. Əgər aprelin əvvəlində gündəlik ixracın dəyəri 140 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 500 milyon dollara yaxınlaşır.
Oxunub: 432
Xəbəri paylaş
Paylaş: