Netanyahu yeni hökuməti Knessetə təqdim etdi
İsrail Baş naziri Benyamin Netanyahu yeni hökuməti Knessetə təqdim edib.
BakuPost xəbər verir ki, Netanyahu təqdimatdan əvvəl Knesset qarşısında çıxış edib.
“Cəmiyyət vahid hökumət görmək istəyir”, - Netanyahu çıxışında bildirib.
Netanyahu bildirib ki, əgər ölkə ardıcıl dördüncü dəfə seçkiyə getməyə məcbur qalsa, bu, əlavə 2 milyard şekelə başa gələcək.
Qeyd edək ki, Netanyahu çıxış üçün tribunaya qalxarkən mikrofonu salfetlə silib. Hökumət üzvləri isə iclasa maska ilə gəliblər.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: