Polis itkin düşən bu qadını və iki azyaşlını axtarır
Bakıda 22 yaşlı qadın iki azyaşlı övladı ilə itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Binəqədi rayon sakini Allahyarova Vüsalə Cəbrayıl qızı sentyabrın 27-də səhər saatlarında xəstəxanaya getmək adı ilə iki azyaşlı övladı ilə birgə yaşadığı Binəqədi qəsəbəsində yerləşən Yeni sahə adlanan ərazidəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
Vüsalə Allahyarova, övladları 4 yaşlı Əhmədov Ağaisa Abbas oğlu və Amin Əhmədovu görüb yerini bilənlərdən Binəqədi rayon Polis İdarəsinə (012-590-72-43 və 012-590-63-95) və DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Oxunub: 159
Xəbəri paylaş
Paylaş: