İranda koronavirus:
qurbanların sayı 7 minə çatdı
İranda koronavirusa yoluxma ilə bağı təsdiq edilmiş halların sayı 120 mini ötüb.
Bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.
O, qeyd edib ki, ölkədə demək olar, 7 min insan pandemiyanın qurbanı olub.
“Ötən gün ərzində 1 806 yeni yoluxma aşkarlandı. Bu məlumatları nəzərə alsaq, virusa ümumilikdə 120 198 insan yoluxub. Xoşbəxtlikdən, artıq 94 464 pasiyent sağaldı”, – Kianuş Cahanpur IRINN telekanalının efirində bildirib.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: