Aftandil İsrafilovdan
YENİ XƏBƏR VAR
Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir. Bu barədə Oxu.Az-a Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib. Onun sözlərinə görə, ifaçı artıq palataya yerləşdirilib: “Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib”. Z.İsrafilova qeyd edib ki, həkimlər analizlərin nəticələri ilə bağlı açıqlama verməyə qoymurlar: “Diaqnozla bağlı açıqlama verə bilmirik. Səhhəti getdikcə yaxşılığa doğru irəliləyir. Hər şey yaxşı olacaq. Buna inanıram”.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: