Bakıda sərxoş kişi körpüdən yıxılıb
Bakının Xətai rayonunda sərxoş kişi körpüdən avtomobil yoluna düşüb. Globall.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. 1960-ci il təvəllüdlü Skrilnikov Aleksandr Alekseyevic sərxoş vəziyyətdə körpü üzərindən avtomobil şosesinə düşərək ağır xəsarət alıb. O, bədənin müxtəlif sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktı hüquq-mühafizə orqanların əməkdaşları araşdırır.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: