Paşinyan Laçın dəhlizinə görə Təhlükəsizlik Şurasını topladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, Prezident Vaaqn Xaçaturyan, spiker Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak ediblər. Müzakirə mövzusu regionda, xüsusən də Laçın dəhlizində vəziyyət olub.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş: