Azərbaycan vətəndaşları İrəvanda mənzil alıb - ERMƏNİSTAN RƏSMİSİ
"Azərbaycan və Türkiyə vətəndaşlarının iştirakı ilə aparılan daşınmaz əmlak əməliyyatlarının faizi kifayət qədər azdır".
Globall.az Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyan bildirib.
“Türkiyə vətəndaşları 100-dən az, Azərbaycan vətəndaşları 10-dan azdır. Onlar milliyyətcə azərbaycanlı deyillər”.
"Ermənistanda qeydiyyatda olan 450 min mənzil var, ona görə də Türkiyə vətəndaşlarının, məsələn, 50 mənzili varsa, o zaman bu, təhlükəsizlik baxımından heç bir narahatlıq yaratmır”, - deyə Komitə sədrinin müavini əlavə edib. (yenisabah.az)
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: