Qarabağ erməniləri üçün "Qaynar xətt" yaradıldı
“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərdən aldığımız müraciətlərin dəfələrlə artdığını nəzərə alaraq, mən və həmkarlarım mərkəzimizdə "Qaynar xətt" yaratmaq qərarına gəldik”.
Bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva bildirib.
O, həmçinin Qarabağ ermənilərini quldur dəstələrin qalıqlarının repressiyalarından qorxmamağa və Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çağırıb.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş: