Həkimlərdən tələb: “Teraflyu” istifadə etməyin!
Amerikalı həkimlər və əczaçılar Qida və Dərman İdarəsindən (FDA) soyuqdəymə üçün istifadə olunan bir sıra dərman vasitələrinin satışını dayandırmasını tələb ediblər.
Bu barədə “Uol Strit Jurnal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, araşdırmaçılar iddia ediblər ki, “Teraflyu”, “Benadril”, “Qvayfenezin” və “Taylenol” heç bir effekt vermir. Çünki onların tərkibində olan fenilefrin maddəsi təhlükəsiz olsa da, burun tutulmasının qarşısını ala bilmir.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: