İranda etiraz aksiyaları yenidən alovlandı
Dekabrın 26-sı gecə saatlarında İranda etiraz aksiyaları yenidən genişlənib, bir neçə şəhərdə kütləvi nümayişlər keçirilib. Tehran, Kərəc, Məşhəd, Babol, İsfahan və başqa bir neçə şəhərdə keçirilən nümayişlər zamanı İran hakimiyyətinə məxsus simvollar, o cümlədən, Əli Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb. Tehranın Vəliəsr bölgəsində baş tutan aksiyada qadın etirazçılar SEPAH-a tabe “Bəsic” qüvvələrinin yerli qərargahına “Molotov kokteyli” atıblar. Etirazların yenidən alovlanmasına SEPAH-ın Qüds qüvvələrinin komaniri İsmayıl Qaaninin hicabsız və etirazçı qadınları “həyasız”, “əxlaqsız” adlandırması səbəb olub.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş: