Moskvada 20-dən çox reys təxirə salındı
Səhər Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda azı 20 reys gecikib və ya ləğv edilib. Bu barədə rus mediasında məlumat yayılıb. Məlumata görə, məhdudiyyətlər qar yağması ilə bağlıdır: “Moskva vaxtı ilə saat 08:50-yə (Bakı vaxtı ilə 09:50) olan məlumata görə, Vnukovo hava limanında beş reys gecikib, iki reys təxirə salınıb, Domodedovo hava limanında 15 reys gecikib, Şeremetyevo hava limanında dörd reys gecikib, ikisi ləğv edilib”.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: