Bakı-İstanbul reyslərinin sərnişinləri yola salındı
Azərbaycan Hava Yolları QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.
Globall.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.
Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: