Dünyanın ən bahalı altı çiçəyi

Çiçək aləmində bəzi növlər hətta əsl “ulduz” hesab oluna bilər. Olduqca bahalı və nadir olduqları üçün onları planetin yalnız ən zənginləri ala bilir.
Beləliklə, dünyanın ən bahalı güllərini təqdim edirik:
Kapudul

Bitki kəsildikdə isə cəmi bir saat ərzində solur. Kapudulu Gecənin kraliçası da adlandırırlar.
Kapudulun çiçəklənməsini görmək üçün yeganə şans şəxsən baxmaqdır. Gecənin kraliçasının vətəni Şri-Lankadır.
“Culyetta” qızılgülü - $5 mln (8,5 mln AZN)

Bu gül ərsəyə 2005-ci ildə Böyük Britaniyada gəlib. Hazırda isə istənilən şəxs ondan zövq ala bilər. Şekspirin romantik sevgi hekayəsinin qəhrəmanının şərəfinə adlandırılan “Cülyetta” şaftalı rəngli gözəl bağ qızılgülüdür.
“Shenzhen Nongke” səhləbi – $202 min (343 min AZN)

Bu gülü anonim qalmağa üstünlük verən şəxs 2005-ci ildə hərracda bütün dövrlər üçün rekord məbləğ hesab olunan 202 min dollara (343 min AZN) alıb.
“Rotşildin Pafiopedilumu” səhləbi - $5 min (8,5 min AZN)

Hər saplaqda bəzən 30-45 sm diametrədək ola bilən 2-4 iri çiçək olur. “Rotşildin Pafiopedilumu” çiçəkləri, demək olar, eyni zamanda açılır və uzun müddət qalırlar.
Zəfəran (krokus) - bir funtu (təxminən 454 q) $1 500 (2,6 min AZN)

Altıləçəkli çiçək tacının rənginə görə iki növü var: sarıtaclı (bura ləçəkləri açıq sarıdan tutmuş tünd narıncıyadək olan bitkilər daxildir) və göytaclı (bura ləçəkləri açıq mavidən tünd bənövşəyiyədək olan bitkilər daxildir).
Müxtəlif sortların uzun müddətli məqsədyönlü qarşılıqlı mayalandırılması nəticəsində çiçəkləmə və yetişmə vaxtına görə fərqlənən çoxlu sayda yeni krokus sortları və hibridləri də yaranıb.
“Kinabalu Qızılı” səhləbi - $6 min (10 min AZN)

Onun çiçəkləməsi üçün 15 ilədək vaxt gedə bilər.
Bu nadir səhləbi üfüqi vəziyyətdə olan altı iri ləçəyinə görə müəyyən etmək olar.
Bu unikal gülü, demək olar, əldə etmək mümkün deyil. Ona görə də bitkinin qiyməti “qara bazar”da 6 min dollardan (10 min AZN) yuxarıdır.
Oxunub: 1 457
Xəbəri paylaş
Paylaş: