Gəncə Magistral Lokomotivlərin İdarə edilməsi sahəsində analoqu olmayan olaylara cavabdeh kimdir?
Bu günlərdə redaksiyamıza “ADY”QSC-nin Gəncə ərazisindən Magistral Lokomotivlərin İdarə edilməsi sahəsindən ilginc məlumatlar daxil olub. Belə ki, əldə etdiyimiz məlumatdan, eləcə də görüntülərdən məlum olur ki, arxası “ADY” yollarında kiməsə möhkəm bağlı olan idarənin rəisi Ramiz Məmmədov Əmək Məcəlləsində yazılan qanunları, eləcə də təmsil etdiyi sahənin strateji əhəmiyyətli bir sahə olmasını unutmuş sayılır, deyək, ya ? İdarə rəisi Ramiz Nəsrəddin oğlu Məmmədov hansı təhsil sahibidir? Sualımızı açıq olaraq “ADY”QSC-nin rəhbərliyinə ünlayırıq. Adı gedən idarə cəngəllik qanunları iləmi idarə olunur? İdarənin rəsmi dövlət sənədi olan TU-3 nömrəli lokomotiv briqadalarının marşrut vərəqələrini idarənin əvvəl texniki işçisi, daha sonra hızlı şəkildə mexaniki hesablama mərkəzinə diplomu olmadan operator vəzifəsinə təyin olunan Samirə Qədimovanın vunderkind cocuqu yazır. Sonda ayın sonunda vunderkind belə hesablamalarda deyəsən qaraşıqlıq törətdiyindən , saatlar əskik çıxır. Nə olsun? Uşaqdır, hələ səhvə yol verə bilər, səhvsiz insan yoxdur, o ki, qala uşaq ola. Vunderkind cocuğa töhmət vermək mümkünsüz olduğu üçün cari ilin iyulunda töhməti vunderkindin anası alır. Neynək , elm və eləcə də incəsənət qurban tələb edir. İdarə rəisinin humanist addımı Məlumatda oda deyilir ki, idarənin rəisi Ramiz Məmmədov Gəncəyə gələndən bəri ( Cavid Qurbanov sədr təyin olunandan “ADY”QSC-də ixtisarlaşma aparıldığından ) bir çox işçiləri öz şəxsi büdcəsindən maliyyələşdirərək işlədib. Sizcə bu fədakarlıq deyil, bəs nədir? O idarəyə ehtiyacı olan işçiləri əmək müqaviləsi olmadan işlədərək öz şəxsi hesabından 300 manat ödəyib. Bu ilin başlanğıcından həqiqətəndə Aytən Məmmədovaya operator ştatı vədd olunsada, 4 ay işlədikdən sonra vədlərinə xilab çıxırlar. Allahın sabahı, rəhbərliyin yalanının sonu yox. Yeri gəlmişkən dəmir yolunda uzun müddətdir ki, anbardar işləyən Ələkbər Məmmədovun adını çəkməsək insafsızlıq olar. Hazırda anbardar Ələkbər uzun müddətdirki, MN-dən fərdi təqaüddədir, təqaüdü də nə az, nə çox dəmiryolçunun maaşından qat-qat çoxdur. Qədərini deməyək, göz olar. Anbardar Ələkbərə isə hələ gözün üstə qaşın deyən olmadığından fəhləyə də əlcək olmur. Əziz oxucu birdən elə bilərsiniz ki, dəmiryolçunun əlinə əlcəyin ölçüsü düz gəlmir , əsla. Əgər dəmiryolçu əlinin qorunmağı haqqında belə çox narahatdırsa, getsin , depoya yaxın ərazidə fəaliyyət göstərən “Sərçə” bazarında inşaat mağazasından alsın, Ələkbər əlçəkləri orada saxlayır. Nənələr demiş, kişidən barıt, dəmiryolçudan mazut iyi gələr, əlinə qliserin əvəzinə lokomotivdə mazut çəksin, prinsipi dəmiryolçunu bu gün əlçəksiz qoyub. Belədə ki, fəhlə əlcəyi neynir? Görünür anbardar Ələkbərdə belə hesab edir. Yoxsa bu gün fəhlə niyə əlçəksiz işləsin? Görünür anbardarın bu işbazlığı onunla işləyən bütün müdirlərin indiyə qədər işinə yamanca yarayıb. P.S. Əziz oxucu, fikirləşməyin ki, adı gedənlərdən ötələri yaddan çıxıb , əksinə bizi izləsəniz daha maraqlı məqamlarla tanış olarsınız. Yeri gəlmişkən məsələyə aydınlıq gətirmək üçün “ADY”QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq, oradan cavab aldıq ki, görüntülərdəki marşrut vərəqələri bizə aid deyil. Məlumat üçün deyim ki, bu vındırkidin qabiliyyətli olması, onun qeyri-adı istedadı olması nə vaxtsa üzə çıxanda deyəcəklərki, bəs deməzsənmi bu filan dəmiryolçunun balasıdır. Ardı var. Mehriban Əzizqızı Bakı-Gəncə