Müğənni Nəfəsin “Range Rover”dən külli miqdarda pul oğurlandı
Bakıda “Range Rover”dən oğurluq edən şəxs saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb. "Oxu.az"ın verdiyi məlumata görə, pul tanınmış müğənni Nəfəsin maşınından oğurlanıb.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: