22 təyyarə “Sabiha Gökçən”ə eniş edə bilmədi
İstanbulun “Sabiha Gökçən” hava limanına güclü duman səbəbindən 20-dən çox təyyarə eniş edə bilməyib. Bu barədə məlumatı DHA yayıb. “22 təyyarə “Sabiha Gökçən” hava limanına qatı duman səbəbindən eniş edə bilməyib və İstanbul hava limanına göndərilib”, - məlumatda bildirilib. Qeyd edilib ki, hava limanının eniş zolağı bağlı olsa da, uçuş zolağı açıqdır.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: