Sərnişinin ürəyi tutdu - Təyyarə Bakıya təcili eniş etdi
"Malaysia Airlines" aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Globall.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: