Hava şəraitinə görə xəsarət alanların sayı açıqlandı
Qarlı hava şəraiti ilə əlaqədar xəsarət alanların sayı açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bilıdirilib ki, hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: