"Hakimiyyətdə təmsil olunan bəziləri müxalifətə deyirdi ki, mitinq edin"- SENSASİON AÇIQLAMA
"Hakimiyyətdə təmsil olunan bəzi kəslər müxalifəti idarə edirdilər və onlara deyirdilər ki, çıxın mitinq edin".
Bunu Space TV-nin efirində Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.Deputat bildirib ki, həmin şəxslər bununla Azərbaycan haqqında mənfi imicin yaranmasını istəyirdilər:
"Onlar həm də 5-ci kalonun üzvü olublar. Prezidentimizin həyata keçirdiyi islahatlar nəticəsində onlar vəzifədən kənarlaşdırıldılar. Onlara bağlı olan icra başçılarını isə DTX tərəfindən həbs edildilər".
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: