Ermənistanda yenidən Rusiya əleyhinə aksiya başladı
Ermənistanın “Milli Demokratik Qütb” (“Bever”) radikal hərəkatı İrəvanda Rusiya səfirliyi qarşısında aksiya keçirir. Aksiyada 300-ə yaxın insan iştirak edir. Səfirliyin binası polis tərəfindən mühasirəyə alınıb. Nümayişçilər Laçın yolunu Rusiyanın bağladığını və onun açılmasına görə Moskvanın məsuliyyət daşıdığını bildiriblər. Aksiya iştirakçıları həmçinin Ermənistanın KTMT-dən çıxmasını və Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrini dayandırmasını tələb edirlər. “Vəziyyətə görə əsas günahkar Moskvanın nəzarətində olan İrəvan administrasiyasıdır. Bu gün biz Rusiya səfirliyinə gedirik. Vəziyyətdən çıxış yolu erməni xalqının müttəfiqlərini düzgün müttəfiqlərin seçilməsidir”, - deyə hərəkatın üzvü Jirayr Sefilyan bildirib. O, "düngün müttəfiqlər" kimi ABŞ və Fransanın adını çəkib. Qeyd edək ki, bu, “Milli Demokratik Qütb” (“Bever”) erməni radikal hərəkatının ikinci aksiyasıdır. Yanvarın 8-də “Bever” Gümrüdə ilk aksiyanı keçirərək, Rusiyanın 102-ci hərbi bazasını bloklamağa cəhd edib. Nəticədə etirazçılarla polis arasında toqquşma olub. 100-dən çox etirazçı saxlanılıb. “Milli Demokratik Qütb” (“Bever”) erməni radikal hərəkatı Rusiyanın regionu tərk etməsini, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edirlər.