"3 erməni hərbçinin cəsədinin götürülməsi üçün Azərbaycanla danışıq aparırıq" - Sarkisyan
"Sentyabrın 13-14-də hərbi qarşıdurma zamanı 224 erməni hərbçisi həlak olub". Globall.az erməni mediasına istinadla xəbər verir ki, bunu yanvarın 11-də jurnalistlərə müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan deyib. O, həmçinin üç hərbçinin itkin düşdüyünü bildirib. Sarkisyanın sözlərinə görə, onların dəqiq yerlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Sarkisyan əmin edib ki, hər şey edilir, o cümlədən Azərbaycan tərəfi ilə danışıqlar yolu ilə, həlak olan hərbçilərin cəsədlərini çıxarmaq mümkün olsun.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: