Elşad Hacıyevin rütbəsi artırıldı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb. O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: