Boris Conson Ukraynaya səfər edəcək?
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə getməyə hazırlaşır. Bu barədə “The Guardian” öz mənbələrinə istinadən xəbər verib. Conson bildirib ki, səfərinin məqsədi kimi Ukraynaya dəstəyini nümayiş etdirməkdir. Ukraynadakı mənbələr də keçmiş baş nazirin Kiyevə gəlməyi planlaşdırdığını bildiriblər, lakin səfərin tarixi ilə bağlı hələlik konkret məlumat yoxdur. Onların sözlərinə görə, Zelenski və Conson bir-birilərini dost hesab edirlər.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: