Monqol İmperiyasının paytaxtı bərpa edilir
Monqolustanın parlamenti Monqol İmperiyasının qədim paytaxtı Karakorum şəhərinin bərpası barədə qərar qəbul edib. Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Qərar deputatların böyük əksəriyyəti tərəfindən dəstəklənib. Hökumət şəhərin baş planının hazırlığına başlayıb. Qeyd edək ki, Karakorum 1235-1260-cı illərdə Monqol İmperiyasının paytaxtı olub.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: