Milli Məclisin ilk plenar iclasının vaxtı açıqlandı
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: