Gəncədə universitet yataqxanasında YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında qeydə alınıb.
Yataqxananın 7-ci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş:




















