30 il axtarışda olan kriminal avtoritet həbs edildi
30 ildir axtarışda olan kriminal avtoritet həbs olunub. Globalla.az xəbər verir ki, İtaliya polisi 1993-cü ildən bu günə kimi axtarışda olan Matteo Messina Denaronu ələ keçirib. O, 30 illik axtarışdan sonra bu gün İtaliya polisləri tərəfindən Rosda həbs edilib. "Diabolik" ləqəbli kriminal avtoritet Palermodakı özəl klinikaların birində terapiyaya hazırlaşarkən tutulub. Belə ki, Denaro Sicilya mafiyasının lideri olaraq tanınırdı. Qeyd edək ki, M.M.Denaro Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olan terror aktlarına görə məsuliyyət daşıyırdı.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: