Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir -
FOTO
Hazırda Çin on minlərlə uyğur müsəlman azlıqları mədəni və dini kimliyindən məhrum etmək üçün yenidən təhsil düşərgələrindən “məzun olduqdan” sonra fabriklərdə işləməyə məcbur edir.
Türkiyənin “Yeni Şafak” qəzeti ingilisdilli “South China Morning Post” - SCMP- (Cənubi Çin Səhər Yazısı) qəzetinə istinadən xəbər verir ki, 50 mindən çox uyğur ölkəsinin yüksək texnoloji istehsal mərkəzi olan Şençjenə, 30.000 nəfər isə Şaoquana göndəriləcək.
Bu, "təhsillərini" yenidən başa vuran uyğur müsəlmanları üçün keçən il planlaşdırılan məşğulluq proqramının bir hissəsi idi, lakin koronavirusun ölkəyə yayılması səbəbindən bu dayandırılıb. İndi virusun yayılması zəiflədiyi üçün Çin, azlıqları tam nəzarətə götürmək istəyir: “Bir neçə minlik ilk dəstənin tezliklə gələcəyini eşitdim. Artıq bizdən məskunlaşma məsələsinə diqqətlə yanaşmağımızı xahiş edən rəsmi göstərişlər də almışıq", - bu barədə SCMP-yə məlumat verən mənbə bildirib.
Onlar ayda 170-565 ABŞ dollarına qədər qazana bilərlər. Yerli orqanlar onları yemək və yaşayış ilə təmin edəcək, lakin əvvəlcədən icazə almadan yataqxanaları tərk etməməlidirlər.
Uyğurlar qlobal nəhənglər üçün çalışırlar
2017 və 2019-cu illər arasında Çin hökuməti tərəfindən Sincan düşərgələrindən ən az 80.000 uyğur ölkədəki fabriklərə işləməyə göndərilib. Ən az 83 beynəlxalq şirkətin istehsalını təmin edən ayaqqabıdan elektronikaya qədər hər şey istehsal edən fabriklərdə ağır şərtlər altında işləmək məcburiyyətində qalıblar. Bu barədə araşdırma mərkəzi Avstraliyada yerləşən Avstraliyanın Strateji Siyasət İnstitutunun (ASPI) hesabatında deyilir.
İbadət etmək qadağandır
Bununla birlikdə yenidən təhsil düşərgələrindən azad edilən uyğurlar iş vaxtından kənarda da daimi nəzarət altında saxlanılır. "Ortaq bir dil" sayılan mandarin dilində (putonghua) danışmağa və ideoloji təlim almağa məcburdurlar. Bundan əlavə, dini vəzifələrini yerinə yetirmələri qadağandır.
Çinin Sincan bölgəsində təxminən 10 milyon uyğur yaşayır. Sincan əhalisinin təxminən 45 faizini təşkil edən Türk Müsəlman Qrupu uzun müddətdir Çin hakimiyyətini mədəni, dini və iqtisadi ayrıseçkilikdə ittiham edir.
ABŞ rəsmilərinin və BMT ekspertlərinin fikrincə, Sincan şəhərindəki bir milyona yaxın insan və ya təxminən 7 faiz müsəlman əhalisi genişlənən "siyasi reabilitasiya" düşərgələrinə həbs edilib. Keçən ilin dekabr ayında Çində meydana çıxan COVID-19 ən azı 187 ölkə və bölgəyə yayılıb. Avropa və ABŞ hazırda ən çox zərər görən bölgələrdir.
Komissiyadan verilən məlumata görə, bu günə qədər Çində 82,919 nəfər koronavirus xəstəliyinə tutulub, 4,633 nəfər dünyasını dəyişib, 78.181 sağalıb.