İpoteka krediti götürmək istəyənlərin
NƏZƏRİNƏ!
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Bu barədə Fondan bildirilib. Məlumata görə, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu 24 yanvar 2023-cü il tarixində saat 11:00-da başlayacaq. Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.
Oxunub: 158
Xəbəri paylaş
Paylaş: