Türkiyədə traktorla avtomobil toqquş: 4 nəfər öldü
Türkiyənin Şanlıurfa bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb. Globall.az xəbər verir ki, məlumatı “Haberturk” yayıb. Bildirilib ki, hadisə Şanlıurfa-Gaziantep avtomobil yolunun 21-ci km-liyində baş verib. Məlumata görə, hadisəyə səbəb içərsində 4 sərnişin olan avtomobilin traktorun qoşqusu ilə toqquşması olub. Qəzada avtomobilin sürücüsü də ölüb. Traktorun sürücüsü saxlanılıb.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: