Meksikada COVID-19 qurbanlarının sayı 6 mini ötdü
RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, COVID-19 qurbanlarının sayı 6 090-a çatıb.
"Hazırda laboratoriya ilə COVID-19-dan 6 090 ölüm hadisəsi təsdiqlənib", - mətbuat konfransının gedişatında Meksika Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia deyib.
Meksikada koronavirusa ilk yoluxma fevralın 28-də aşkarlanıb. Ölkədə ötən gün ərzində təhlükəli virusa 2 248 yeni yoluxma təsdiq olunub, aktiv yoluxma hallarının sayı 12 085 təşkil edir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.