Ermənistan ombudsmanı istefa verdi
Ermənistan ombudsmanı Kristine Qriqoryan istefa verib. Globall.az Modern.az-a istinadən xəbər verir ki, o, istefası ilə bağlı bəyanatı Ermənistan parlamentinə təqdim edib. Qriqoryan istefasını başqa vəzifəyə keçməsi ilə əlaqələndirib. Belə ki, ombudsman Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat alıb. Qeyd edək ki, K.Qriqoryan ötən ilin yanvarından insan hüquqları üzrə müvəkkil postunu tutur. Onun namizədliyi baş nazir Nikol Paşinyanın partiyası tərəfindən irəli sürülmüşdü.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: