Həmədanda 67 tələbə qız zəhərləndi
Yanvarın 23-dən 24-ə keçən gecə Həmədan şəhərinin Seyid Camaləddin Əsədabadi Universitetinin qızlar yataxanasında 67 tələbə dəm qazından zəhərlənib. Tələbələr zəhərlənmənin yataqxanada sonradan quraşdırılan qeyri-standard istilik sobalarındakı nasazlıq ucbatından baş verdiyini bildiriblər. Məlumatda tələbələrin çoxunun ambulator müalicədən sonra xəstəxanadan buraxıldığı qeyd edilib.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: