ABŞ Rusiyanın BMT TŞ-na təklif etdiyi sənədi blokladı
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizilk Şurası (BMT TŞ) Venesuelada vəziyyət barədə bəyanat layihəsini qəbul etməyib. Sənəd Rusiya tərəfindən hazırlanıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin verdiyi xəbərə görə, sənəd Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən bloklanıb.
Rusiyalı diplomatın sözlərinə görə, bəyanat layihəsində Venesuelanın daxili işlərinə qarışmaq pislənir. Ancaq heç bir ittiham yoxdur. Yalnız baza prinsiplər dəstəklənir.
«Hələ də ABŞ-ın Venesuela üzrə mövqeyinin konstruktivlik məsələsi qalır?» - Polyanski öz Tvitterində yazır.
Xəbər verildiyi kimi, mayın əvvəlində Venesuela hakimiyyəti ölkə ərazisində muzdluların saxlandığını bəyan edib. Onların arasında amerikalılar da olub və guya onlar prezident Nikolas Maduronu öldürmək üçün bu ölkəyə gəliblər. Vaşinqton isə bu qrupla əlaqəli olduğunu inkar edir.