Təbrizdən Kərbəlaya gedən avtobus aşdı: 48 yaralı...
Təbrizdən İraqın Kərbəla şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin baş direktoru Payam Cəlali məlumat verib. "Fevralın 2-si saat 03: 30 radələrində Şərqi Azərbaycandan olan sərnişinləri daşıyan avtobus Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb. Nəticədə 48 nəfər yaralanıb. Yaralılardan yeddisi tibb mərkəzlərinə köçürülüb və onlardan dördü xüsusi nəzarət altındadır", - Cəlali bildirib.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: