Ruslar Putinə bu qədər etimad edir - SORĞU
Rusiyada əhali arasında ölkə Prezidenti Vladimir Putinə etimad səviyyəsi artıb. Globall.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatında bildirilir. Məlumata görə, yanvarın 23-dən 29-na qədər Putinə etimad səviyyəsi 0,7% bəndi artaraq 79,2% təşkil edib. Putinin fəaliyyətinə olan etimad səviyyəsi isə 0,2% bəndi artaraq 75,7% olub. Sorğu sözügedən tarixlərdə yetkinlik yaşına çatmış 1,6 min rusiyalı arasında keçirilib.
Oxunub: 232
Paylaş: